İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdə öldüyünü düşündüyü oğlu ilə eyni palatada görüşdü

"Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdən sonra Hatayda dağıntılar altından xilas edilən ana Adanada xəstəxanada 5 yaşlı oğlu ilə bir araya gəlib.

Musavat.com xəbər verir ki, Antakyanın General Şükrü Kanatlı məhəlləsindəki 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 43 yaşlı Eysem Açıkgöz və 5 yaşlı oğlu Bəkir İlteriş Kaplan zəlzələ nəticəsində dağılan binalarının altında qalıb.

Axtarış-xilasetmə qrupları tərəfindən 36 saat sonra dağıntılar altından çıxarılan kiçik Bəkir Hatay Təhsil və Araşdırma Xəstəxanasında ilk müalicəsinin ardından Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb.

Oğlundan təxminən 1 saat sonra xilas edilən ana da eyni xəstəxanaya aparılıb. Eyni xəstəxanada müalicə olunduqlarından xəbərsiz olan Açıkgöz oğlunu tapmaq üçün səhiyyə işçilərindən kömək istəyib.

Ailəsi yanında olmayan uşaqların şəkillərini çəkən Sosial Xidmətlərin əməkdaşı Fuad Kurt Açıkgözün oğlunu axtardığını öyrənib və fotoşəkilləri göstərərək ana və oğlunun görüşməsinə şərait yaradıb.

Oğlunun müalicə olunduğu otağa gətirildiyini görən ananın duyduğu sevinc hər kəsi duyğulandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR