İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdə bütün ailə üzvlərini itirdi- Dəhşətli anlarını bu cür danışdı- “Nəfəs ala bilmirdim...”

 

 

Hatayda dağıntılar altından qurtarılanların dəhşətli hekayələri yayılmaqda davam edir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əri və iki oğlu ilə birlikdə Hatayda zəlzələdən uçan evlərinin dağıntıları altında qalan Çiğdem Gülər ​​(45 yaş) 40-cı saatda xilas edilib. Qızı Nevin Gülərin (21 yaş) itkin olduğunu bildirən qadın, "Yaralandım, amma ürəyim daha çox ağrıyır. Uşaqlarım getdi, həyat yoldaşım getdi... Onlarla birlikdə mən də öldüm. İndi tək istəyim qızımın tapılmasıdır”,-deyə mövcud vəziyyətini dilə gətirib.

Hatay Antakyada zəlzələdə evi dağılan Çiğdem Gülər ​​həyat yoldaşı Mehmet Gülər, oğulları Mustafa (14 yaş) və Əhməd Yasin (16 yaş) ilə birlikdə dağıntılar altında qalıb. Çiğdem Gülər ​​zəlzələnin 40-cı saatında dağıntılar altından yaralı olaraq xilas edilib, əri və iki oğlu isə həyatını itirib.

Onun qızı Nevin Gülər ​​(21 yaş) zəlzələdən bir həftə əvvəl Antakya Dövlət Xəstəxanasının psixiatriya klinikasına yerləşdirilib. Anne Gülər ​​zəlzələdən sonra xəstəxanada olan qızından xəbər ala bilməyib.

Çiğdem Gülər zəlzələ anını və ondan sonra düşdükləri vəziyyəti bu cür anladıb: "Çox çətin an idi. Zəlzələdə həyat yoldaşımı və 2 oğlumu itirdim, qızımı tapa bilmirik, itkin düşüb. Qızım zəlzələ zamanı xəstəxanada idi. Başqa yerə aparılıb, yoxsa itkindir, bilmirəm. Ümid edirəm ki, sağ-salamat tapılar. Həyat yoldaşımın qardaşları və dostları gəlib məni xilas etdilər. Çətin idi, daha nəfəs ala bilmirdim. Kömək edin, kömək edin, mənim yeganə ümidim qızımdır. Onun tapılmasına yardımçı olun”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR