İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ nəticəsində dağılan binalara görə məsul şəxslərə cinayət işi açıldı

Türkiyə Vəkillər Kollegiyası (TBB) zəlzələ nəticəsində dağılan binaların tikintisinə məsul olan podratçılar və digər vəzifəli şəxslər barəsində cinayət işi qaldırıb.

Musavat.com “Anadolu ajansı”na istinadən xəbər verir ki, TBB mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 10 əyalətə təsir edən zəlzələlərdə dağılan binaların inşasına səlahiyyətli və məsul olan podratçılar və digər səlahiyyətlilər, binaların layihələrini təsdiq edən, nəzarəti lazımi şəkildə həyata keçirməyən məsul şəxslər başda olmaqla, bütün şübhəli şəxslərin müəyyən olunması və barələrində cinayət işinin başlanması üçün cinayət işi açıldığı bildirib.

Hər bir vilayətin Baş Prokurorluğuna təqdim edilən müraciətdə yazılıb ki, zəlzələdən sonra axtarış-xilasetmə işlərinə gec, natamam və yanlış başlaması nəticəsində itkilərin artmasına səbəb olan şəxslər barəsində də cinayət işi açılıb. Şübhəli şəxslər Türkiyə Cinayət Məcəlləsinin 81-ci və 83-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar.

Sübutların yox olmaması üçün nümunələrin götürülməsi və analiz edilməsi daxil bütün mərhələlərdə könüllü və öz sahəsində mütəxəssislərdən ibarət komissiya üzvləri ilə sağlam istintaq aparılması, bütün şübhəlilərin müəyyən edilməsi üçün işlər başlayıb.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR