İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ anının daha bir görüntüsü: Körpələri belə qorudular - ANBAAN VİDEO

Fevralın 6-da baş verən, ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı zəlzələlərin fəsadları davam edir. 10 əyalətdə böyük dağıntılara səbəb olan zəlzələlər nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb, 80 mindən çox insan yaralanıb.

Musavat.com xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca paylaşdığı video ilə həm zəlzələnin şiddətini göstərib, həm də tibb işçilərinin yeni doğulan körpələr üçün etdiyi fədakarlığı açıqlayıb.

"Şok zamanı iki tibb bacısı dostumuz unudulmaz davranış nümayiş etdirdi. Qaziantep İnayet Topçuoğlu Xəstəxanasının Yenidoğulmuş Reanimasiya şöbəsində çalışan tibb bacıları körpələr olan kuvezləri çölə çıxmaq əvəzinə aşmasının qarşısını almağa çalışıblar" - türkiyəli nazir yazıb.

Həmin anın görüntülərini təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR