Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ABŞ-ın siyasətini tənqid edib.
Musavat.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
“Dünya nizamını yenidən təyin etməyə çalışan təkcə şər oxu deyil... ABŞ dünya nizamını məhv edir. Aydındır ki, Ağ Ev bütün Qərb dünyasının birliyini şübhə altına alır”, - Zalujnı Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) çıxış edərkən deyib.
Onun sözlərinə görə, hazırda Vaşinqton ABŞ-ı bu proseslərdən kənarda qoyaraq, təhlükəsizlik məsələlərini Avropaya ötürməyə çalışır.
Musavat.com
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ