Onlayn ictimai-siyasi qəzet
Almaniyanın gələn ilki büdcəsində 5 milyard avroluq kəsir olacaq. Musavat.com xəbər verir ki, bunu ölkəninmaliyyə naziri Kristian Lindner (FDP) ZDF televiziyasına müsahibəsində deyib.
Nazir bu ayın ortalarına qədər Almaniya kansleri Olaf Şols (SPD) və vitse-kansler və İqtisadiyyat Nazirliyinin rəhbəri Robert Habek (Yaşıllar) ilə danışıqlar aparmaq niyyətindədir, bundan sonra büdcə layihəsi Bundestaqa göndəriləcək. Büdcənin noyabrın sonunda qəbul edilməsi nəzərdə tutulur.
İyulun 17-də Nazirlər Kabineti Almaniyanın 2025-ci il üçün büdcə layihəsini təsdiqləyib, bu layihənin hakim koalisiyada təsdiqlənməsi planlaşdırıldığından daha uzun vaxt aparıb: siyasətçilər arasında ictimai mübahisələr və bəzi deputatların hökumətə dəstəyi dayandırmaq təhdidləri ilə müşayiət olunub. Büdcə 481 milyard avro olacaq. Layihəyə əsasən gələn il Ukraynaya hərbi dəstək 2024-cü illə müqayisədə 2 dəfə azaldılaraq 4 milyard avro təşkil edəcək. Almaniyanın müdafiə naziri Boris Pistorius dəfələrlə razılaşdırılmış büdcə layihəsində silahlı qüvvələrə xərclərin kifayət qədər artırılmamasını tənqid edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ