İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin heyəti Ankaradadır – Türkiyə danışıqlarda açar rolunda

 Ukrayna nümayəndə heyətinin Rusiya ilə İstanbulda keçirəcəyi sülh danışıqlarından əvvəl Ankara mərhələsi baş tutacaq.

Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, Kiyev nümayəndələri öncə Türkiyə rəsmiləri ilə görüşəcək.

Bu görüş Türkiyə paytaxtı Ankarada keçiriləcək və Ukrayna-Rusiya dialoquna hazırlıq xarakteri daşıyacaq. Görüşdə Türkiyə tərəfini xarici işlər naziri, kəşfiyyat xidməti rəhbəri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi təmsil edəcək.

Müşahidəçilər hesab edir ki, bu, Türkiyənin Ukrayna-Rusiya münaqişəsində vasitəçi kimi rolunu gücləndirir və Ankara diplomatik prosesin əsas oyunçularından biri statusunu bir daha təsdiqləyir.

Danışıqlarda tərəflərin mövqelərinin uzlaşdırılması və İstanbul görüşünün konturlarının cızılması gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR