Onlayn ictimai-siyasi qəzet
İsrailin müdafiə naziri İsrael Katz HƏMAS hərəkatını “cəhənnəm qapıları”nın açılacağı ilə hədələyib.
Musavat.com xəbər verir ki, məlumatı Ynet portalı yayıb. Nazir bildirib ki, HƏMAS Qəzza zolağında saxlanılan girovları tezliklə etməsə, "cəhənnəm qapıları açılacaq".
Nazirin sözlərinə görə, “HƏMAS-ın xaricdəki yüksək rütbəli xadimləri saraylarda və dəbdəbəli otellərdə bayram keçirirlər”, Qəzzanı isə “xarabalıqlar dənizinə” çevirirlər və “girovları azad etməkdən imtina edirlər”.
İsrail hökumətinin sözçüsü David Menser daha əvvəl bildirmişdi ki, HƏMAS Qəzzada saxlanılan girovları azad etmək təklifindən imtina etməkdə davam edir və anklavdakı vəziyyətin həlli üçün danışıqlarda qeyri-mümkün şərtlər irəli sürür. O, əlavə edib ki, “İsrail danışıqlar qrupu hələ də Dohadadır” və məqsəd “girovları evlərinə qaytarmaq” olduğundan, “danışıqlar davam edir və davam edəcək”.
Menser həmçinin xatırladıb ki, radikallar Qəzza zolağında 50 nəfəri girov saxlamağa davam edir. İsrail tərəfinin məlumatına görə, onlardan 20-si sağdır.
Musavat.com
25 Iyul 2025
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ