İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronlar amerikalı jurnalisti ABŞ-da məhkəməyə verdilər

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı amerikalı jurnalist Kendis Ouensə qarşı ABŞ məhkəməsində iddia qaldırıblar. Musavat.com Agence France-Presse-ə istinadən xəbər verir ki, iddia jurnalistin Bricit Makronun kişi doğulduğuna dair məlumatları yaydığına görə qaldırılıb.

Agentliyin məlumatına görə, Ouens videolarda fəal şəkildə Bricit Makronun əslində “kişi olaraq doğulduğunu” iddia edir və bu məlumatı 2024-cü ilin mart ayından ABŞ-da, daha sonra isə “Bricitə çevrilmək” adlı videolar silsiləsi ilə məlumatı bütün dünyaya  yayıb. Jurnalistin YouTube kanalının hazırda 4,7 milyondan çox abunəçisi var.

Cütlük iyulun 23-də Delaver məhkəməsində böhtan iddiası qaldırıb. Onlar dəymiş ziyana görə təzminat tələb ediblər, onun məbləği məhkəmə zamanı müəyyənləşəcək. AFP xəbər verir ki, Fransa prezidentinin və onun həyat yoldaşının vəkilləri iddia edirlər ki, Ouens "bu iddiaların yalan olduğunu tam bilirdi və sistematik olaraq onları dayandırmaq üçün bütün müraciətləri rədd edib, şöhrət qazanmaq və pul qazanmaq üçün böhtan kampaniyasını davam etdirib".

The Financial Times (FT) iddianın 218 səhifədən ibarət olduğunu yazır. Hüquqşünaslar Bricit Makronun Jan Mişel Tronye adlı kişi olaraq doğulduğuna dair "böhtan fərziyyəsinə" diqqət yetirirlər. İddia ərizəsində həmçinin bildirilir ki, prezident və onun həyat yoldaşının “ reputasiyasına əhəmiyyətli ziyan vurulub” və onlar “ictimai məlumatlara düzəlişlər etmək üçün külli miqdarda pul xərcləyiblər”. Vəkilin sözlərinə görə, onlar Delaver məhkəməsində prosesdə şəxsən iştirak etməyə hazırdırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

24 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR