İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul danışıqlarında ƏSAS MƏQAMLAR

Musavat.com xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının üçüncü raundundan sonra əsas bəyanatlarla çıxış edib:

▪️ Rusiya Ukraynaya 24-48 saatlıq atəşkəs təklif edib. Məqsəd – döyüş bölgəsindən yaralıların və həlak olan hərbçilərin çıxarılmasıdır.

▪️ Üç işçi qrupun yaradılması təklif olunub. Rusiya tərəfi onlayn rejimdə fəaliyyət göstərəcək üç işçi qrupun yaradılmasını təklif edib. Ukrayna bu təşəbbüsü nəzərdən keçirməyə razılıq verib.

▪️ Mövqelər hələ də uzaqdır. Tərəflər arasında mövqelər memorandumlarda əks olunsa da, onlar bir-birindən hələ də xeyli fərqlənir.

▪️ Humanitar mübadilə razılaşdırılıb. Ümumilikdə 1200 nəfəri əhatə edəcək qarşılıqlı humanitar mübadilənin aparılması nəzərdə tutulur. Bu proses həm hərbçiləri, həm də mülki şəxsləri əhatə edəcək.

▪️ Danışıqların dördüncü raunduna ümid var. Medinski bildirib ki, Rusiya tərəfi növbəti mərhələnin keçiriləcəyinə ümid edir.

▪️ Putin-Zelenski görüşü yalnız yekun mərhələdə baş tuta bilər. Medinskinin sözlərinə görə, belə bir zirvə görüşü ciddi və ətraflı hazırlıq tələb edir və yalnız yekun razılaşmaların əldə olunacağı mərhələdə keçirilməlidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

24 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR