Onlayn ictimai-siyasi qəzet
İstanbulun Beyoğlu rayonunda yerləşən iki mərtəbəli binada partlayış baş verib.
Musavat.com xəbər verir ki, Emekyemez məhəlləsi, Yanıkkapı küçəsində yerləşən binanın zirzəmisində səbəbi hələlik məlum olmayan partlayış olub. Partlayış nəticəsində bina dağılaraq çöküb.
Hadisə barədə məlumat daxil olan kimi hadisə yerinə çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Əməliyyatlar davam edir.
İlkin məlumatlara görə, partlayış zamanı heç kim xəsarət almayıb və ölən yoxdur. Rəsmi qurumlar hadisənin səbəbini araşdırır.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ