Onlayn ictimai-siyasi qəzet
Rusiya bu yaz Sumı və Xarkov vilayətlərində yeni hücuma hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Le Figaro" qəzetinə müsahibəsində bildirib.
"Biz gələcək əməliyyata hazırlıqları müşahidə edirik və bu kəşfiyyat məlumatlarını müttəfiqlərimizlə bölüşmüşük. Putin Sumı və Xarkov vilayətlərində yeni hücum planlaşdırır. O, bu əməliyyata səkkiz ay əvvəl başlamaq istəyirdi, lakin Kurskda həyata keçirdiyimiz müdaxilə sayəsində buna mane olduq. Məhz buna görə də indi vaxt qazanmağa çalışır", – deyə Zelenski bildirib.
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ