İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-a bağlı Telegram kanalından Azərbaycana yeni böhtan: Əhməd Əl-Şaraanın Bakı səfəri...

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın Bakıya səfəri bir sıra qüvvələri ciddi şəkildə narahat edib.

Musavat.com xəbər verir ki, səfərin başa çatmasından cəmi bir neçə saat ötməsinə baxmayaraq, artıq onunla bağlı çoxsaylı iddialar yayılmaqdadır. Belə iddialardan birini də İrana bağlı Sepah Pasdaran Telegram kanalı yayıb.

Telekanal qeyd edir ki, səfər bir çox gizli aspektlərə malik ola bilər və onların əksəriyyəti hərbi və strateji xarakter daşıyır:

"Tramp administrasiyası ilə razılıq əldə etdikdən sonra Əhməd Əl Şaraa xarici döyüşçülərdən ibarət təkfirçi qrupları Suriyadan çıxarmağa söz verib. Bəziləri, məsələn, Türküstan İslam Partiyası (Uyğurlar) Suriya ordusuna inteqrasiya olunsa da, bəzi Qafqaz radikal qrupları hələ də deportasiya siyahısındadır. Lakin mənşə ölkələri onları geri almaqdan imtina edir, Culani (Əhməd Əl-Şaraa- red.) isə onlarla birbaşa münaqişəyə girmək istəmir".

Telegram kanalı iddia edir ki, son vaxtlara qədər bu qruplaşmaların yaraqlıları Suriya-İraq sərhədi bölgəsində cəmləşmişdi, lakin indi bu qüvvələrin bir hissəsinin İran sərhədinə göndərilə biləcəyinə dair işarələr var.

Kanal Azərbaycana açıq böhtan yağdıraraq, guya Astara rayonunda 40 kəndin əhalisinin qovulduğunu iddia edir: "Bu kontekstdə Astara rayonunun 40 kəndindən əhalinin qovulması və orada ekstremist elementlərin yerləşdirilməsi ilə bağlı məlumatlar narahatlıq doğurur. Beləliklə, Culaninin Azərbaycana səfərini gələcəkdə İran və İsrail arasında münaqişə və ya Ermənistanın cənubundakı Sünik bölgəsində baş verə biləcək hadisələr perspektivindən ayrı təhlil etmək mümkün deyil.
İsrailin İranın şimal-qərbindəki hərbi infrastruktura son zərbələri kontekstində bu səfərin strateji mənası xüsusilə vacibdir. Belə bir ssenarinin reallaşma riski artır.

Bundan əlavə, iki əlavə sabitliyi pozan amil var. Birincisi, Kürdüstan Fəhlə Partiyasının (PKK) mümkün formal şəkildə buraxılması və İranın qərb sərhədlərində sabitliyi pozmaq üçün hərbi potensialının PEJAK-ın xeyrinə yenidən bölüşdürülməsidir. İkincisi, böhran şəraitində mühüm sərhəd obyektlərinə təxribat və hücum məqsədi ilə təkfirçi silahlıların Suriyanın şərqindən İran sərhədinə doğru hərəkətidir.

Nəticədə, bir neçə cəbhədən İrana təzyiq yaratmaq üçün hava zərbələrinin qurudakı yaraqlıların hərəkətləri ilə birləşdiriləcəyi ssenarisi getdikcə daha çox ehtimal olunur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR