Onlayn ictimai-siyasi qəzet
Rusiya qoşunları Donetsk vilayətinin Novokhatskoye kəndinə fəal şəkildə hücum edir.
Musavat.com xəbər verir ki, bu barədə "DeepState" layihəsi məlumat yayıb.
Layihənin analitikləri qeyd ediblər ki, Ukrayna Müdafiə Qüvvələri kənddə öz mövqelərini möhkəmləndirməyə çalışan Rusiya hücum qruplarını məhv edir.
"Rusiya piyadaları artıq qərb kənarlarına çatır. Təəssüf ki, rus qoşunlarının hücumunu dayandırmaq hələ də mümkün deyil", - analitiklər qeyd edirlər.
Layihədə əlavə edilib ki, rus qoşunları Mirnoye, Qruşevskoye və Tolstoya da hücum edir.
Bundan əvvəl DeepState rusların Donetsk vilayətinin Zirka kəndini və Luqansk vilayətinin Beloqorovka kəndini ələ keçirdiyi barədə məlumat yayıb.
Musavat.com
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ