Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin iyulda konkret sülh planlarını təqdim edəcəyini bildirib.
Musavat.com xəbər verir ki, o bu barədə öz Telegram kanalında bildirib.
Ukrayna liderinin sözlərinə görə, hazırda bu istiqamətdə iş gedir. Və çox güman ki, iyula qədər hər şey hazır olacaq.
“Biz işçi qruplar hazırlayırıq”, - deyə Zelenski bildirib.
Lakin o, Kiyevin hansı tədbirləri təklif etmək niyyətində olduğunu dəqiq açıqlamayıb. Danışıqlar prosesinin intensivləşdirilməsinə necə kömək ediləcəyi də göstərilmir.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ