Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Kanzas ştatının Milli Qvardiyasının nümayəndələri sentyabrın 9-dan 20-dək Ermənistanda olublar.
Musavat.com xəbər verir ki, onlar Ermənistan silahlı qüvvələrinin nümayəndələri ilə birgə kiçik zabitlərin hazırlanması və təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.
ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, “Phoenix Platoon” (“Feniks taqımı”) proqramı artıq 8 ildir ki, həyata keçirilir. Əsas diqqət peşəkar serjant heyətinin hazırlığına yönəldilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ