Onlayn ictimai-siyasi qəzet
Rusiyanın mikroelektronika sənayesinin 2030-cu ilə qədər təxminən 50 min mütəxəssisə ehtiyacı olacaq.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Sberbank-ın rəhbəri German Qref “Microelectronics 2024” forumunda deyib.
O bildirib ki, konsaltinq şirkətlərinin proqnozlarına görə, 2030-cu ilə qədər dünyada mikroelektronika sahəsində mütəxəssis qıtlığı yaranacaq: “Dünyada bu sahədə 1 milyon ixtisaslı işçinin çatışmazlığı yaranacaq. Rusiyada belə çatışmazlıq 50 min nəfərə çatacaq. İndi biz universitetlərimizdə təlim planları hazırlayırıq, lakin buna baxmayaraq, mikroelektronika sahəsindəki tələbatı tam qarşılamaq mümkün olmayacaq".
O qeyd edib ki, “Sber” öz növbəsində universitetlərlə əməkdaşlıq etməklə, tələbələrə praktiki təcrübə keçmək imkanları yaratmaqla, birgə ixtisaslaşdırılmış şöbələr yaratmaq və digər şərait yaratmaqla belə mütəxəssislərin hazırlanmasına yardım edir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ