İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən SON DƏQİQƏ Putin açıqlaması: Onun məqsədi... - Qabil Hüseynli ilə CANLI

Ukrayna prezidenti Vladimir Zelenski yanvarın 28-də "X" sosial şəbəkəsində bildirib ki, hazırda real sülhə nail olmaq imkanı var, lakin Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin müharibəni uzatmaq üçün hər şeyi edir. Bu barədə "gordonua.com" nəşri məlumat yayıb. Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin yanvarın 28-də yayımlanan müsahibəsində bildirib ki, əgər təcavüzkar ölkə olan Rusiya Federasiyası indi Ukrayna ilə danışıqlara başlasa, bu danışıqlar "qanunsuz" olacaq. Onun sözlərinə görə, Zelenski əvvəllər onunla danışıqları qadağan edən fərman imzaladığı üçün indi bunu ləğv edə bilmir.

Bunun səbəbi isə onun beşillik prezidentlik müddətinin başa çatmasıdır, yəni o, hüquqi baxımdan nə danışıqlar apara, nə də hansısa sənədi imzalaya bilər. Eyni zamanda, Putin hesab edir ki, Zelenskinin fərmanını Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ləğv edə bilər, lakin Kreml "bu yöndə hər hansı bir niyyətin olduğunu görmür". Bununla yanaşı, Putin danışıqlar aparmaq üçün nümayəndələr ayırmağa hazır olduğunu bildirib. "Bu gün Putin bir daha sübut etdi ki, o, danışıqlardan və güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün hər şeyi edir. Onun hər addımı və bütün riyakar hiylələri müharibəni sonsuz etmək məqsədinə xidmət edir", - Zelenski bildirib.

"2014-cü ildə Rusiya Ukraynaya qarşı hibrid müharibəyə başlayıb və 2022-ci ildə onu genişmiqyaslı işğala çevirib. İndi görürük ki, real sülhə nail olmaq mümkündür, lakin məhz Putin sülh əvəzinə ya genişmiqyaslı qətliamı davam etdirməyə, ya da hibrid hücumlarla yeni bir işğala hazırlıq məqsədilə fasilə əldə etməyə çalışır", - o, vurğulayıb.

Ukrayna prezidentinin sözlərinə görə, dünya liderləri keçmiş illərin və artıq siyasi səhnədən getmiş liderlərin səhvlərini nəzərə almalıdır. "Yəni Putin sülhü dağıtmaq üçün geniş imkanlara malikdir, lakin güclü liderlərin həqiqi təzyiqinə qarşı durması üçün çox zəif və qorxaq ürəyi var. Məhz buna görə sülhə inanmaq və onu güc yolu ilə yaxınlaşdırmaq üçün kifayət qədər cəsarəti olanlar birlikdə və qətiyyətlə hərəkət etməlidir. Həqiqi sülh yalnız Rusiyanı buna məcbur etməklə mümkündür", - Zelenski qeyd edib. Zelenski bildirib ki, Slovakiya baş naziri Fitsonun ABŞ və digər tərəfdaşlar əvəzinə Rusiyanı seçməsi səhvdir, halbuki həmin tərəfdaşlar Slovakiyanı qazla təmin edə bilər.

Zelenski bununla Fitsonun onu "Slovakiyanın düşməni" adlandırmasına cavab verib. Fitso iddia edib ki, Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması Slovakiyaya zərər vurur. Onun sözlərinə görə, Zelenskinin "Azərbaycan qazı" barədə danışmaqdan başqa çarəsi qalmayıb.

Slovakiya baş naziri bildirib ki, Bratislava üçün "ən real variant" məhz Rusiya qazının tranzitinin bərpasıdır. Onun fikrincə, Slovakiya Rusiya qazını Rusiya-Ukrayna sərhədində alıb, onu "Slovakiya qazı" kimi Ukrayna ərazisindən keçirmək variantını nəzərdən keçirir.

"Slovakiya baş nazirinin nəzərinə: bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp güclü bir qərar qəbul edərək Amerikanın maye qaz ixracını, xüsusilə də Avropaya ixracını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradıb. Bu, Avropa üçün təhlükəsizlik və sabitlik deməkdir. Amerikanın maye qazı üçün pul ödənilməlidir, lakin Rusiya qazı təkcə pulla deyil, həm də müstəqillik və suverenliklə ödənilir.”

Ukrayna prezidentinin sözlərinə görə, Avropada bir çox ölkələr bu vəziyyətdən keçib və müstəqilliklərini qorumağı seçib. "Amma cənab Fitso bunu etmədi. O, Amerika və digər tərəfdaşlar əvəzinə Moskvanı seçir, halbuki həmin tərəfdaşlar Slovakiyanı kommersiya şərtləri əsasında qazla təmin edə bilər. Bu, onun səhvidir. Avropada hər kəs uzaqgörən olmalı və xalqlarımızı gücləndirən münasibətləri inkişaf etdirməlidir", - Zelenski vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna prezidenti Zelenskinin gələcək seçkilərdə məğlubiyyətə uğrama ehtimalını nəzərə alaraq, Ukraynanın danışıqlara başlamağını daha da gecikdirəcəyini və yalanlar yaymağa davam edəcəyini qeyd edib. Medvedevin fikrincə, Zelenski bu yolla həmçinin müharibəyə yeni cavanları göndərmək üçün addımlar atacaq. Medvedev Ukrayna rəhbərliyinin Rusiyaya qarşı mübarizə aparmaq üçün öz xalqını daha çox fədakarlığa məcbur etməyə çalışacağını, amma bunun nəticədə yalnız Ukraynanın daha da ağır vəziyyətə düşməsinə səbəb olacağını bildirib.

O həmçinin Zelenskinin qərarlarının yalnız öz siyasi maraqları ilə əlaqəli olduğunu və xalqının real vəziyyətinə biganə yanaşdığını vurğulayıb. Medvedevin bu açıqlamaları, Ukraynanın gələcək siyasi kursu və danışıqların perspektivləri barədə həm ölkə daxilində, həm də beynəlxalq arenada müzakirələri daha da qızışdırıb. Rusiya tərəfi bu vəziyyətdə Ukraynanın sülhə yanaşma ilə bağlı hər hansı real addım atmaması nəticəsində danışıqların başlanmasının uzun müddətə təxirə salınacağı ehtimalını da irəli sürür.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR