Onlayn ictimai-siyasi qəzet
“Biz axmaq deyilik. Bu teatr nə üçündür?”
Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Braziliyanın “Metropoles” qəzetinə müsahibəsində deyib.
Zelenski Braziliya və Çinin Ukraynadakı müharibəni bitirmək üçün hazırladığı sülh planını tənqid edərək, bunu “dağıdıcı” adlandırıb.
Onun sözlərinə görə, bu Kremllə razılaşdırılıb.
Ukrayna lideri bu ölkələrin mövqeyindən narazılığını bildirib:
“Biz düşmən deyilik, niyə Rusiyanın tərəfini tutursunuz və ya neytral mövqe tutursunuz?”
O, həmçinin Braziliya hökumətini Rusiyayönlü adlandırıb və Ukraynanı dəstəkləməyə çağırıb.
Məlumata görə, Çin-Braziliya planı cəbhə xəttində müharibəni dayandırmağı təklif edir ki, bu da Zelenskinin 1991-ci il sərhədlərinin qaytarılmasını tələb edən “sülh formulu”na ziddir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ