Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski 9 Mayda Moskvada keçiriləcək hərbi paradla bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Zelenski xarici ölkə nümayəndələrinin bu tədbirdə iştirakının təhlükəsizliyi ilə bağlı məsuliyyətin Ukraynanın üzərində olmadığını bildirib.
“Ukrayna digər ölkələrin nümayəndələrinin 9 May paradı üçün Moskvaya planlaşdırılan səfərləri zamanı onların təhlükəsizliyinə zəmanət verə bilməz. Çünki Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və sonra bunun məsuliyyətini Ukraynanın üzərinə ata bilər. Ukrayna isə Rusiya ərazisində baş verənlərə görə məsuliyyət daşımır”, – deyə Zelenski bəyan edib.
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ