İnsanlara hürriyət, millətlərə istiqlal!

“Telegram və WhatsApp-a diqqət edin” - Edvard Snouden hər kəsə xəbərdarlıq etdi

Məşhur amerikalı ifşaçı, xüsusi xidmət agenti Edvard Snouden Qərb ölkələrinin xüsusi xidmət orqanlarının messencerlər üzərində artan təsirindən danışıb.

Musavat.com xəbər verir ki, o, NTV telekanalına verdiyi müsahibədə bildirib ki, artıq Telegram, WhatsApp və digər platformalar təkcə rabitə vasitəsi yox, geosiyasi nəzarət və senzura alətinə çevrilməkdədir.

“Onlara getdikcə daha çox təzyiq göstərilir – hökumətlər və xüsusi xidmətlər bu platformalardan məlumat ötürülməsini, məxfi yazışmaların açıqlanmasını və senzuranın tətbiqini tələb edirlər. Bu, artıq sadəcə təhlükəsizlik məsələsi deyil, rəqəmsal nəzarət mexanizmidir”, – deyə Snouden vurğulayıb.

Onun sözlərinə görə, sosial şəbəkə və messencer şirkətləri artıq “bütün ölkələrin qanunlarına əməl etməkdə maraqlı deyillər”, çünki əsas məqsədləri böyük güclərin tələblərinə uyğun davranmaq və biznes maraqlarını qorumaqdır.

Snouden bildirib ki, texnoloji platformalar əvvəlcə azad söz və fərdi gizlilik ideyaları üzərində qurulsa da, indi bu prinsiplər maliyyə və siyasi maraqların kölgəsində qalıb.

Xatırladaq ki, WhatsApp messenceri Meta korporasiyasına məxsusdur. Meta şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti məhdudlaşdırılıb.

Ekspertlər hesab edirlər ki, Snoudenin bu açıqlaması rəqəmsal azadlıqların məhdudlaşdırılması, kibertəhlükəsizlik və informasiya müharibəsi kontekstində yeni mübahisələrə yol aça bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR