Onlayn ictimai-siyasi qəzet
Türk Dövlətləri Təşkilatının (TDT) institusionallaşması böyük ölçüdə başa çatıb.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qazi Universitetinin 2025-2026 akademik ilinin açılışında deyib.
O, üç gün əvvəl TDT-nin 12-ci Zirvə Toplantısı üçün Azərbaycanda olduğunu və Prezident Rəcəb Tayyib Ərdoğanın orada Türkiyənin Türk dünyasının inteqrasiyasını ən yüksək səviyyədə dərinləşdirməyə sadiqliyini nümayiş etdirdiyini deyib.
H.Fidan Şimali Kipr Türk Cümhuriyyətinin də Zirvə Görüşündə iştirakını yüksək qiymətləndirib və TDT-nin institusionallaşmasını böyük ölçüdə başa çatdırdığını, diqqəti konkret layihələrə cəmlədiyini, birləşmə istiqamətində mühüm addımlar atdığını və iqtisadi əməkdaşlığı daha da gücləndirdiyini vurğulayıb.
Türk Dünyasında ortaq əlifbaya doğru atılan addımların əhəmiyyətini qeyd edən nazir Qazi Universiteti kimi güclü milli şüura, dərin mədəni yaddaşlara və geniş elmi dünyagörüşünə malik universitetlərin TDT-nin ortaq gələcəyində mühüm rol oynadığını bildirib.
11 Oktyabr 2025
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ