İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da hərbi zavodda güclü partlayış - FOTO

Musavat.com xəbər verir ki, ABŞ-ın Tennessi ştatında yerləşən partlayıcı istehsal edən hərbi zavodda güclü partlayış baş verib. Hadisə Baksnort şəhəri yaxınlığında “Precise Energetic Systems” şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Partlayış nəticəsində zavod binası demək olar ki, tamamilə dağılıb. Sky News-un məlumatına görə, hadisə zamanı ölənlər və itkin düşənlər var.

Hazırda xilasedicilər dağıntılar altında qalan insanlara yardım göstərə bilmir. Buna səbəb ərazidə yeni partlayışların davam etməsidir. Rəsmilər təhlükəsizlik tədbirlərini gücləndirərək hadisə yerində vəziyyətin sabitləşməsini gözləyirlər.

Partlayışın səbəbi hələlik müəyyən edilməyib. İstintaq orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR