İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro Venesuelanın sərvətlərini Trampa TƏKLİF ETDİ

Venesuela hakimiyyəti Donald Tramp administrasiyasına münaqişədən qaçmaq və artan gərginliyi azaltmaq ümidi ilə ölkənin təbii ehtiyatlarına çıxış təklif edib.

Musavat.com xəbər verir ki, məlumatı “The New York Times” mənbələrə istinadən yayıb.

Məlumata görə, təklif olunan razılaşmanın bir hissəsi olaraq Venesuela prezidenti Nikolas Maduro Amerika şirkətləri üçün mövcud və gələcək bütün neft və qızıl hasilatı layihələrinə çıxışın açılmasını, həmçinin Amerika bizneslərinə güzəştli rejim verilməsini və neft ticarətinin Çindən ABŞ-a yönləndirilməsini təklif edib.

Venesuela rəsmiləri iqtisadi güzəştlərdə irəliləyiş əldə etsələr də, siyasi məsələlərdə razılığa gələ bilməyiblər. Tramp administrasiyası sonda təklifi rədd edib. Mənbələrin bildirdiyinə görə, Ağ Evin Venesuela ilə münaqişənin həlli üçün diplomatik səylərdən imtina etməsi razılaşmaya son qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR