İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən ŞAD XƏBƏR: Bu həftə...

“Xarkovla bağlı yaxşı xəbərlər var, lakin azad edilən ərazilərin adlarını açıqlamaq zamanı deyil”.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bu həftə Xarkov vilayətindən şad xəbər var. Məncə, hər bir vətəndaş bizim əsgərlərimizlə fəxr edir. Bu, layiqli qürurdur”, - deyə Zelenski bildirib.

Bundan başqa, ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 8-də Kiyevə səfəri zamanı ölkə prezidenti Volodimir Zelenski ilə görüşüb.

O, Rusiya təcavüzünə qarşı mübarizədə ABŞ-ın dəstəyini bir daha təsdiqləmək və yeni hərbi yardımı elan etmək üçün müharibə başlayandan bəri ikinci dəfə Ukraynaya gəlib.

Zelenski ilə görüşdə Blinken Ukrayna prezidentinə ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının son tranşı barədə məlumat verib.

Dövlət başçısı vurğulayıb ki, bu yardımlar Rusiya təcavüzünə qarşı mübarizə üçün zəruridir.

Qeyd edək ki, ABŞ dövlət katibi Kiyevə planlaşdırılmadan səfər edib

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR