İnsanlara hürriyət, millətlərə istiqlal!

233 yük maşını Sadaxlıdan Ermənistana girməyi gözləyir  

 

Bir neçə yüz yük maşını Gürcüstandan Ermənistana getmək üçün gözləyir.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, Kirovka kəndi (Kvemo Kartli bölgəsi) yaxınlığında növbələr nəzərə çarpır və Baqrataşen keçid məntəqəsinə qədər uzanır.

“Məsələ burasındadır ki, oktyabrın 3-dən etibarən Baqrataşen, Bavra və Qoqavan keçid məntəqələrində gömrük əməkdaşlarının rotasiyasına görə keçid qabiliyyəti azalıb”, -mediada bildirilir.

Gürcüstanın Dövlət Gəlirləri Xidmətinin saytının məlumatına görə, hazırda Sadaxlıdan (Borçalı-M.) Ermənistana girməyi gözləyən 233 yük maşını var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR