İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırovun adı Rusiyanın "Rekordlar kitabı"na daxil edilib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən kitabın baş redaktoru Stanislav Konenko açıqlayıb.

Məlumata görə, Adam Kadırov Rusiya Federasiyası subyekti rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc sədri olaraq həmin kitaba əlavə edilib.

Konenko, həmçinin Rusiyanın "Rekordlar kitabı"nı populyarlaşdırdığına görə Adam Kadırova medal da təqdim edib.

Xatırladaq ki, Adam Kadırov 2023-cü il noyabrın 5-də Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin sədri vəzifəsinə təyin edilib. Bu zaman onun 15 yaşı vardı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR