İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyələrlə bağlı qərara müxalifətçi ekspertdən RƏY

 

Bələdiyyələr qrant ala biləcək. APA-nın xəbərinə görə, bu, “Qrant haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Respublikaçı Alternativ (ReAl) partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a bildirib ki, Azərbaycanda bələdiyyələrin maliyyə sıxıntısı var:

"Maliyyəsi az olan bələdiyyələr ciddi xidmət göstərə bilmirlər. Bələdiyyələrin maliyyə mənbələri kifayət qədər zəif olduğuna görə əlavə gəlir mənbələri üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac yaranmışdı. Bələdiyyələrin qrant alması beynəlxalq təcrübəyə uyğundur. Bir çox ölkədə, Türkiyədə, Gürcüstanda bu cür normativ hüquqi aktlar mövcuddur. Belə bir dəyişiklikdən sonra bələdiyyələr yerli icmaların inkişafı üçün müxtəlif fondlardan, o cümlədən QHT-ə yardım fondundan, ölkə daxilindən və xaricdən qrant cəlb edə biləcəklər ki, bu, onların maliyyə dayanıqlığını artıracaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR