Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.
Mixail Drapatı Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı olub.
Zelenski Ukrayna qoşunları komandanı müavinini də əvəz edərək, bu vəzifəyə 95-ci hava hücumu briqadasının komandiri Oleq Apostolu təyin edib.
"Hər ikisi döyüşdə effektivliyini sübut etdi", - Zelenski qeyd edib.
O, həmçinin əlavə edib ki, ölkənin hərbi rəhbərliyində kadr dəyişiklikləri Sırski ilə razılaşdırılıb.
Zelenskinin sözlərinə görə, Drapatı və Apostolun əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin döyüş effektivliyini artırmaq, döyüşçülərin yüksək keyfiyyətli hazırlığını təmin etmək və Ukrayna Silahlı Qüvvələrində insanların idarə olunmasına innovativ yanaşmalar tətbiq etməkdir:
“Dövlətimizin məqsədlərinə tam nail olmaq üçün Ukrayna ordusunun daxili dəyişikliklərə ehtiyacı var”.
Qeyd edək ki, A.Sırski baş komandan vəzifəsinə bu ilin fevralında Valeri Zalujnının azad olunmasından sonra təyin edilmişdi.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ