İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən bayram təbriki: “Qələbə ilimiz mübarək!” – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə sakinlərini Yeni il münasibətilə təbrik edib.

O, təbrik mesajını sosial şəbəkə səhifəsində paylaşıb.

“Bu gün möcüzələr arzulayaq? Ukraynalılar onları çoxdan yaradırlar. Əsl dostlar arzulayaq? Biz onların kim olduğunu artıq dəqiqliklə öyrəndik. Səmimi sevgi arzulayaq? Bu il biz bunu həmişəkindən daha güclü hiss etdik. İnam və ümid arzulayaq? Hər ikisi də çoxdandır Ukrayna Silahlı Qüvvələrindədir. Evdə rahatlıq arzulayaq? Bu, bizim və yaxınlarımızın olduğu yerdədir. İşıq arzulayaq? O, elektrik olmayanda belə, hər birimizin daxilindədir. Sərgüzəştlər və səyahətlər arzulayaq? İndi Ukraynalıların payına onlardan həddən artıq çox düşüb. Ona görə də bu gün yalnız bir arzu var. Və o, möcüzə ilə deyil, bizim fəaliyyətimiz,  mübarizəmiz, qarşılıqlı yardım və insanlıqla gerçəkləşəcək. Yeni iliniz mübarək! Qələbə ilimiz mübarək!”, - Zelenski yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR