İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski yuxusu” həyatının kabusuna çevrildi - Rusiya hakimiyyəti çitalıdan əl çəkmir

Rusiyanın Zabaykal vilayətinin Çita məhkəməsi vətəndaş İvan Losevi yenidən cərimələyib.

Bütün dünyada Ukrayna prezidenti Vladimir Zelenski ilə yuxusunu təkrar danışdığına görə cərimələnməsi ilə tanınan Losev yenə gündəmə düşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu dəfə o, "Dojd" və BBC-yə müsahibə verdiyi üçün görə 70 min rubl məbləğində cəza alıb. “Mediazona” saytının xəbərinə görə, Çita sakini “Rusiya ordusunu gözdən salmaq” maddəsi ilə cərimələnib.

Xatırladaq ki, 2022-ci il dekabrın 12-də Losev “Djd” telekanalının baş redaktoru Tixon Dzyadkoya verditi müsahibədə “Zelenskini yuxusunda görüb, onu ətrafına danışdığı üçün təqib olunduğunu” söyləmişdi.

Losev özü “Sibir.Realii” saytına açıqlamasında cərimələrin “zəhmətkeşlərdən” gələn “donos”lardan sonra tərtib olunduğunu söyləyib. “İki fərqli qadın mənə qarşı iki “donos” yazıb: biri Primoryedən, digəri, deyəsən, Çitadan”,-deyə başıbəlalı vətəndaş söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR