İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski və Şolts Ukrayna taxılının ixrac yollarını müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub. Danışıqlar zamanı taxılın Ukraynadan, xüsusən də dəniz yolu ilə ixracını təmin etmək üçün mümkün yollar müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisindən məlumat verilib.

Kansler, həmçinin Ukrayna Prezidentinə mayın 28-də Rusiya və Fransa prezidentləri Putin və Makronla son telefon danışığı barədə məlumat verib.

Bundan əlavə, Zelenski və Şolts Ukraynadakı mövcud hərbi və humanitar vəziyyətlə bağlı söhbət ediblər, həmçinin Ukraynaya gələcək dəstək yolları haqqında fikir mübadiləsini davam etdirmək və sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR