İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukraynaya atılan raketlərin sayını açıqladı

Müharibənin başlanğıcından Rusiya Ukraynaya 4 700 raket atıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Frankofoniya ölkələrinin beynəlxalq təşkilatının iştirakçılarına videomüraciətində deyib.

Dövlət başçısı videomüraciətində müharibəni dayandırmağa çağırış edib və Ukraynanın “sülh formulu”ndan danışıb:

“Yüzlərlə şəhərimiz sadəcə olaraq yandırılıb. Minlərlə insan ölüb. Yüz minlərlə insan Rusiyaya zorla deportasiya edilib. Milyonlarla insan müharibədən qaçmaq üçün Ukraynadan başqa ölkələrə gedib. Biz bunu dayandırmalıyıq. Biz Rusiyanın təcavüzünü dayandırmalıyıq. Sülhün qayıtması mümkündür. Amma o zaman mümkündür ki, dünyada hamı heç kimin bir gün də terrora layiq olmadığını başa düşsün”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR