İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Terim “Neftçi” komandasına gətirilir? – ŞOK İDDİA

Son günlərdə yayılan maraqlı xəbərlərdən biri məşhur türkiyəli futbol mütəxəssisi Fatih Terim ilə bağlıdır.

Musavat.com saytının məlumatına görə, “Neftçi” komandasının yeni idarəçiləri Fatih Terimi baş məşqçi kimi komandaya gətirmək niyyətindədirlər.

Bu iddia futbol dünyasında geniş rezonans doğurub və tərəfdarların diqqətini cəlb edib.

Fatih Terim türk futbolunun ən uğurlu və tanınmış adlarından biridir. 1953-cü ildə Adanada anadan olan Terim, futbolçu karyerasını “Adanaspor” və “Galatasaray” klublarında keçirib. Lakin onun məşqçilik karyerası futbolsevərlərin daha çox yaddaşında qalıb. F.Terim, Türkiyə milli komandası və “Galatasaray” ilə əldə etdiyi uğurlarla tanınır. O, “Galatasaray” klubuna UEFA Kubokunu qazandıraraq, Türk futbolunda tarixi nailiyyətə imza atıb.

Fatif Terimin məşqçi kimi karyerasında bir sıra klublar və milli komandalarla bağlı mühüm mərhələlər olub. O, “Galatasaray” ilə bir neçə dəfə Super Liqa çempionluğunu qazanıb, həmçinin İtaliya “Milan” və “Fiorentina” klublarında da çalışıb.

Hazırda Fatih Terim heç bir klubla işləmir Onun son iş yeri “Panatinaikos" olub. Bu günlərdə onun adı müxtəlif klublarla hallanır, lakin ən son yayılan xəbərlərdə “Neftçi” komandasına gətiriləcəyi iddiası futbol ictimaiyyətində yeni bir müzakirə mövzusu olub.

“Neftçi” Üçün Yeni Səhifə?

“Neftçi” futbol klubunun son illərdəki performansı və dəyişən idarəçiliyi nəzərə alınaraq, Fatih Terimin gətirilməsi ciddi dəyişikliklərə səbəb ola bilər. Onun beynəlxalq təcrübəsi və zəngin futbol biliyi ilə komandanı növbəti səviyyəyə qaldıra biləcəyi düşünülür. Hələlik bu xəbər rəsmi təsdiqini tapmayıb, lakin futbol azarkeşləri və “Neftçi” tərəfdarları səbirsizliklə bu məsələnin nəticəsini gözləyirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR