İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Ukraynada tarixində ən sərt qış bu il olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, bu qış Ukrayna tarixində ən çətin qış olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı videomüraciətində bildirib.

Onun sözlərinə görə, ukraynalıların arxayınlaşmağa haqqı yoxdur, çünki Ukraynanın qələbəsinə aparan yolla hələ də getmək lazımdır və bu, “çətin yoldur”.

"Tariximizdə ən çətin qış bu il olacaq. Payız, qış və yaz aylarında işin lazımi hissəsini yerinə yetirin ki, dövlətə lazım olan nəticəni əldə edin. Azadlıq uğrunda mübarizə naminə tərəfdaşlarımızın maksimum səfərbərliyini qoruyun və ümumi düşmənimizin qlobal demokratiya tərəfdarı koalisiyasını parçalamasına imkan verməyin”, - deyə Zelenski vurğulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR