İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Ukrayna Silahlı Qüvvələri Baxmutu müdafiə edəcək”

“Baxmut o qədər də böyük şəhər deyil, lakin Ukrayna üçün onu qorumaq vacibdir. Eyni zamanda nəyin bahasına olursa olsun”.

Musavat.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunları Ukrayna lideri Volodimir Zelenski İtaliyanın “Corriere della Ser” qəzetinə müsahibəsində deyib.

"Nə qədər ki, ağlabatandırsa, müdafiə edəcəyik, rusiyalılar sonra bacarsalar, Kramatorsk və Slavyansk, Donbas sərhədlərinə və Dneprə qədər davam etmək istəyəcəklər. Biz müqavimət göstəririk və bu arada növbəti əks-hücum üçün də hazırlaşırıq”, - V.Zelenski izah edib.

O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin münaqişəni uzatmaq planlarına baxmayaraq, Ukrayna qısamüddətli müharibəyə və qələbəyə hazırlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR