İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukrayna Qəhrəmanının dəfnində

 

 “Da-Vinçinin qurdları” na rəhbərlik edən Dmitri Kotsyubayloya  Baxmut  uğrunda döyüşlərdə həlak olub

 

Ukrayna prezidenti  Volodimir Zelenski “Sağ sektor”( “Pravıy sektor”) liderlərindən biri, Ukrayna Qəhrəmanı Dmitri Kotsyubaylonun dəfn mərasimində iştirak edib. Dmitri Kotsyubaylo  Ukrayna  ordusunun 67-ci əlahiddə mexanikləşdirilmiş briqadasının batalyon komandiri idi.  O, martın 7-də Baxmut uğrunda gedən ağır döyüşlərdə həlak olub.  Ukrayna prezidenti  2021-ci il dekabrın 1-də Zelenski Kotsyubayloya Ukrayna Qəhrəmanı adı və Qızıl Ulduz medalı təqdim etmişdi. 

Musavat.com “Ukrayna həqiqəti” nəşrinə istinadən məlumat verir ki, dəfn mərasimində Ukrayna Silahlı Qüvvələrinin  Ali Baş Komandanı Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, müdafiə naziri Aleksey Reznikov və həmin vaxt Kiyevdə səfərdə olan Finlandiyanın baş naziri Marin Sannanin də iştirak edib. Dəfn mərasimi Müqəddəs Mixail monastırında keçirilib. Vida mərasiminə minlərlə insan da qatılıb.  

Nəşr yazır ki, Zelenski Kotsyubayloya  ölümündən sonra “Hərbi Xidmət Xaçı” verib. Zelenski həmin ordeni dəfn mərasimində  Dmitri Kotsyubaylonun anasına təqdim edib.

Ölümdən bir neçə gün əvvəl Amerikanın “Nyu York Tayms” qəzeti Kotsyubaylo ilə  Baxmutda görüşmüşdü.  Qəzet yazırdı ki, Kotsyubaylı   evində canavar saxlayırmış. Vəhşi heyvan komandirin kabinetinin yaxınlığındakı qəfəsdə olub. Məqalədə deyilirdi ki, döyüşçü təxəllüsü “Da Vinçi” olan Dmitri Kotsyubaylo zarafatla deyirmiş ki, döyüşçülər canavara  rusdilli uşaqların sümüklərini yedizdirir”. Onun rəhbərlik etdiyi bölmə isə “Da-Vinçinin qurdları” adlanırdı…

Sağlığında Ukrayna Qəhrəmanı adına layiq görülən ilk könüllü idi.  Onu Avromaydandan və Rusiya-Ukrayna müharibəsindən keçmiş “Ukrayna gənclər nəslinin təcəssümü” adlandırdılar.

Dmitri Kotsyubaylo 1995-ci il noyabrın 1-də Ukraynanın İvano-Frankovsk vilayətinin  Zadnestryanskoye kəndində anadan olub.

Bovşevskaya orta məktəbini, İvano-Frankivsk Rəssamlıq Liseyini bitirib.  2014-cü ildə Donetsk kənarındakı Peski kəndi yaxınlığında gedən döyüşdə  tank mərmisi nəticəsində ağır yaralanıb. Üç aylıq reabilitasiyadan sonra o, cəbhəyə qayıdıb və burada Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam edib. Dmitri subay olub. 2017-ci ildən o, könüllü “Ulf” tibb xidmətinin rəhbəri və siyasətçi Alina Mixaylova ilə münasibətdə idi.

 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR