Onlayn ictimai-siyasi qəzet
Tanınmış bloger və siyasi fəal İlkin Rüstəmzadə sosial media hesabında sensasion sayıla biləcək fikirlər paylaşıb. İ. Rüstəmzadə hesab edir ki, ölkədə kazino və narkotik leqallaşmalıdır.
Musavat.com onun yazısından bəzi hissələri təqdim edir:
“HamamTimes” Emin Ağalarovun kazinoyla bağlı açıqlamasını paylaşıb. Altında bir şərhlər yazılır, zənn edərsən dünyanın ən əxlaqlı ölkəsiymişik, kazino gəlib bizi pozacaqmış... Kazino məsələsi birmənalı legallaşmalıdır. Tək kazino yox, yüngül narkotiklər, məsələn marixuana leqallaşmalıdır. Ölkəyə turist gətirəcək mümkün hər şeyi eləməlidir dövlət. Çünki yeganə yol budur. İstehsal edib dünyaya satdığımız bir dənə düz-əməlli brendimiz yoxdur”.
İlkin Rüstəmzadə uzun illərdir elmdə, texnologiyada yenilik edə bilmədiyimiz həqiqətini də qələmə alıb.
Bloger bildirib ki, dünyanın 100 ildir düzəltdiyi daxili yanma mühərrikini hələ də düzəldə bilmirik.
O, qarşıdan gələn qlobal problemlərə də toxunub və aşağıdakıları bildirib:
“10 il sonra neft pulu gəlməyəndə nə olacaq? Ona görə də indidən addımlar atılmalıdır. Xüsusilə turizmlə bağlı.Amma Eminin edəcəyi forma turist gətirməyəcək. Uzağı zənginlər üçün yeni əyləncə yeri olacaq Sibrizdəki kazinolar.
Daha böyük, Bakıdan bir az aralı yer lazımdır. Yeni infrastruktur. Yeni tətil zonası. Ras Al Khaima yolu getmək lazımdır, bir sözlə. BƏƏ-nin bu şəhəri artıq kazinolara rəsmi icazə verib və dünya nəhənglərini vergisiz kazinolar tikməyə çağırıb. 3 il sonra Las Vegasın məşhur kazinoları Rasda açılanda milyonlarla insan, 10 milyardlarla sərmayə axışacaq ora. Və bunu biz də edə bilərik. Etməliyik”.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ