İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhalinin nəzərinə - 15:00-dək işıq olmayacaq

Bu gün Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Musavat.com “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ daxil olan Şüvəlan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 9-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Şüvəlan-Qala yolunun sol kənarında, Çöl Şüvəlan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR