Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən münaqişə fonunda ərazi məsələlərinin həllinin mürəkkəbliyindən danışıb.
Musavat.com xəbər verir ki, "The Daily Telegraph nəşrinin məlumatına görə, o, "istəyənlər koalisiyası"nın virtual sammitindən sonra çıxışı zamanı bildirib ki, işğal olunmuş ərazilərin statusu ciddi danışıqlar tələb edir, lakin Ukraynanın mövqeyi dəyişməz qalır.
"Ukrayna heç vaxt Krımı, Xerson və Zaporojeni, eləcə də Donetsk və Luqanskı Rusiyanın bir hissəsi kimi qəbul etməyəcək", – deyə Zelenski vurğulayıb.
Bu açıqlama Kiyevin ərazi bütövlüyünü qorumaq üçün mübarizəyə davam edəcəyini bir daha göstərir.
Musavat.com
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ