Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, müharibənin dayandırılması ilə bağlı ilk danışıqlar yeni seçilmiş prezident Donald Trampla olacaq. Yalnız bundan sonra Rusiya ilə danışıqlar başlaya bilər.
Musavat.com-un xəbərinə görə, bu barədə “RBK-Ukrayna” prezidentin amerikalı jurnalist Leks Fridmanla müsahibəsinə istinadən məlumat yayıb.
Fridman Ukrayna prezidenti ilə söhbətində deyib ki, o, yanvarın 25-də Zelenski, Tramp və Putinin danışıqlar masası arxasına oturaraq atəşkəs və güclü təhlükəsizlik təminatları barədə razılığa gəlib, sonra müqavilə imzalamasını arzulayır.
“Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə biz ilk növbədə Trampla oturacağıq. Biz müharibəni və Putini necə dayandıra biləcəyimiz barədə razılaşacağıq”, - deyə Zelenski ona cavab verib.
Əlavə edib ki, yalnız belə mümkündür, dərhal üçlükdə oturmaq mümkün deyil.
Prezident vurğulayıb ki, əgər Tramp Ukrayna üçün güclü təhlükəsizlik təminatları təklif edərsə, bundan sonra ruslarla söhbət ola bilər.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ