İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: "Rusiya Belarusdan Ukrayna və ya NATO ölkələrinə hücum edə bilər"  

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Belarusu Ukrayna və ya NATO ölkələrinə qarşı hücum üçün plasdarm kimi istifadə edə biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiyanın bu yay hərbi təlimlər bəhanəsi ilə Belarus ərazisinə qoşun göndərməyə hazırlaşdığını vurğulayıb:

"Bu, tam olaraq üç il əvvəl Ukraynaya genişmiqyaslı müdaxilə ərəfəsində qoşunlarını yerləşdirmələri ilə eyni ssenaridir. Rus qoşunları Belarusda Ukraynaya hücum üçün yerləşdirilir? Ola bilər. Bəlkə də yox. Bəlkə də onlar sizə qarşıdır? Unutmayın ki, Belarus üç NATO ölkəsi ilə həmsərhəddir və artıq Rusiya üçün hərbi əməliyyatlar aparmaq üçün plasdarma çevrilib", – deyə Zelenski bəyan edib.

Onun sözlərinə görə, Rusiya təhlükəsi təkcə Ukrayna ilə məhdudlaşmır və NATO üzvləri də mümkün eskalasiyaya hazır olmalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR