Onlayn ictimai-siyasi qəzet
Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deportasiya edilib.
Musavat.com xəbər verir ki, bu barədə aparıcı və prodüser Tarix Əliyev öz verlişində məlumat verib.
"Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deport olunub. Onun yolu hələ yeni açılmışdı, səhnədə uğur qazanmağa başlamışdı, pul qazanırdı. İnsan necə sevinə bilər ki, bir həmkarı deport olunur? Allah heç bir sənətçiyə belə bir tale yazmasın. Hətta danışmadığım müğənnilərə də bunu arzulamıram. Hamı çörək pulu üçün ora gedir. Maraqlısı odur ki, Elvinin deportasiyası üçün ciddi, keçərli səbəb yoxdur - sadəcə kimlərinsə xoşuna gəlməyib".
Qeyd edək ki, Elvin Babazadə son illər Rusiya səhnəsində aktiv çıxışları və musiqi layihələri ilə tanınmağa başlamışdı. Onun deportasiyası həm sənət dostları, həm də sosial mediada pərəstişkarları arasında təəssüf və narazılıqla qarşılanıb.
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ