İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: "Rusiya 2022-ci il işğalından əvvəlki sərhədlərə qayıtmalıdır"

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya qoşunları tammiqyaslı müharibənin başladığı 2022-ci il sərhədlərinə qədər geri çəkilməlidir.

Musavat.com xəbər verir ki, Zelenski eyni zamanda Donald Trampın bu məsələdə uğur qazanmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, əks halda, 2022-ci il sərhədləri “Bayden xətti”, indiki mövcud vəziyyət isə “Tramp xətti” kimi qəbul ediləcək.

"Düşünürəm ki, Tramp üçün də uğur vacibdir, bizim üçün də. Biz ona etibar edirik və ümid edirik ki, bizim tərəfimizdə olacaq", – deyə Zelenski bildirib.

O həmçinin vurğulayıb ki, Ukrayna heç bir halda Kiyevin iştirakı olmadan əldə edilən sülh razılaşmasını qəbul etməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR