İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski qələbə planını Bayden, Tramp və Harrisə təqdim edəcək

"Sentyabrda qələbə planını həm ABŞ prezidentinə, həm də Kamala Harris və Donald Trampa təqdim edəcəyəm".

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

O, təfərrüatı açıqlamasa da, sözügedən planın istiqamətlərindən birinin Rusiyanın Kursk vilayəti ilə bağlı olduğunu deyib.

"Artıq bir hissəsi tamamlanan planın ərazilərindən biri Kursk vilayətidir. İkinci istiqamət Ukraynanın dünyanın təhlükəsiz infrastrukturunda strateji yeridir. Üçüncü istiqamət Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur edən güclü paketdir. Dördüncüsü, iqtisadidir, mən bu barədə ətraflı danışmayacağam", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, qələbə planı əvvəlcə ABŞ prezidentinə təqdim edilsə, bu, "ədalətli" olacaq. Çünki onun uğuru Ağ Evin bu planda qeyd olunanları Ukraynaya verib-verməməsindən asılıdır. Zelenski planı sentyabrda prezidentlə görüşdə təqdim edəcəyini deyib.

"Məncə, bu planı həm Kamala Harrisə, həm də Donald Trampa çatdırmaq düzgün olardı, çünki kimin prezident olacağını bilmirik, lakin bu planı reallaşdırmaq istəyirik", - deyə Zelenski əlavə edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR