İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Putinlə kompromis mümkün deyil

Ukrayna prezidenti Vladimir Zelenski bir daha bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə kompromis mümkün deyil.

Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna lideri BBC-yə müsahibəsində bildirib.

Prezident izah edib ki, bu, mümkün deyil, çünki “Putinlə nəyisə razılaşdırmaq olar və ertəsi gün o, qoşun göndərəcək”. O, həmçinin vurğulayıb ki, Ukraynanın bütün ərazilərini geri qaytarmasını istəyir və müharibənin başa çatması yalnız 1991-ci ildəki Ukrayna sərhədlərinə qayıtdıqdan sonra mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR