İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinlə dostluq edən Berluskoninin CAVABINI BELƏ VERDİ

 

İtaliyanın baş naziri Giorgia Meloni Ukraynaya səfər edib, Rusiyanın hərbi cinayətlərdə ittiham olunduğu Buça və İrpin şəhərlərində, həmçinin paytaxt Kiyevdə olub.

Musavat.com xəbər verir ki, bir neçə həftə əvvəl Meloninin səfəri dəqiqləşəndə o, hakimiyyətdəki tərəfdaşlarından biri olan keçmiş baş nazir Silvio Berluskoninin etirazı ilə üzləşib.

Berluskoni fevralın 12-də verdiyi açıqlamada Zelenskini müharibənin səbəbkarı olmaqda ittiham edib: “Baş nazir olsaydım, heç vaxt Zelenski ilə görüşə getməzdim. O, müharibənin səbəbkarıdır”.

Bu sözlər Meloni və Zelenskinin dünən Kiyevdə keçirdiyi birgə mətbuat konfransında da xatırladılıb.

Zelenski deyib: “Məncə, cənab Berluskoninin evi heç vaxt bombalanmayıb. Allaha şükürlər olsun ki, onun Rusiya Federasiyasından olan şəriki (Putin - red.) onun evinə tank göndərib, qohumlarını məhv etməyib".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə şəxsi dostluğu olan Silvio Berluskoni daha əvvəl də Ukrayna ilə bağlı Rusiyayönlü açıqlamalar vermişdi. “Putinin bütün istədiyi Zelenskini layiqli insanlardan ibarət hökumətlə əvəz etmək idi” - deyə Berluskoni ötən ilin sentyabrında açıqlama vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR