Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində cəbhə xəttindəki vəziyyəti, xüsusilə Pokrovski istiqamətini şərh edib.
“Cəbhə. Bu gün hərbçilərdən hesabatlar aldım. Əsas diqqət Pokrovski istiqamətinə yönəlib. İşğalçının məhv edilməsində nəticələr var”, — deyə Zelenski bildirib.
Musavat.com xəbər verir ki, prezidentin sözlərinə görə, Ukrayna dərin zərbələr (“deepstrike”) üçün təkcə yerli istehsal dronlardan deyil, həm də raketlərdən daha çox istifadə etməyə başlayıb. “Onlar özlərini yaxşı göstərirlər”, — deyə Zelenski vurğulayıb.
O, həmçinin Ukrayna ordusuna və kəşfiyyatına bu gün Rusiya ərazisinə qarşı həyata keçirilən uzaqmənzilli “sanksiyalar” üçün təşəkkür edib. “Bu əməliyyatların coğrafiyası genişlənir”, — deyə dövlət başçısı qeyd edib.
Musavat.com
04 Noyabr 2025
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ