İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Nə qədər ki, Krım işğal altındadır...

“Rəsmi Kiyevin səyləri Ukraynanın cənubunda və şərqində işğal olunmuş ərazilərin azad edilməsinə yönəlib. Lakin bizim əsas məqsədimiz 2014-cü ildə Rusiya tərəfindən beynəlxalq hüquq normalarını pozaraq ələ keçirdiyi Krım yarımadasının azad edilməsi olub”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Odessada CNN telekanalına eksklüziv müsahibəsində bildirib.

"Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Nə qədər ki, Krım Rusiyanın işğalı altındadır, müharibə bitməyəcək", - deyə Zelenski vurğulayıb.

Zelenski Krımsız sülhə nail olmaq üçün ssenarinin mümkün olub-olmaması ilə bağlı suala belə cavab verib: “Onda bu, qələbə olmayacaq”.

Zelenski Priqojinin haqqında da danışıb və Kremlin göründüyü qədər güclü olmadığını söyləyib: "Biz Putinin Yevgeni Priqojinin qısamüddətli qiyamına reaksiyasını gördük. Biz onun hər şeyə nəzarət etmədiyini də görürük. Vaqnerin bir neçə rayonun ərazisindən rahatlıqla keçməsi bunun əyani sübutudur".

Qeyd edək ki, Volodimir Zelenskinin CNN aparıcısı Erin Barnettlə müsahibəsinin tam mətni bazar ertəsi, iyulun 3-də dərc edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR