İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Haluk Bayraktarı təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktarı mükafatlandırıb.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski Haluk Bayraktarı 1-ci dərəcəli “Xidmətlərinə görə” ordeni ilə təltif edib.

Bununla yanaşı, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Parlamentinin Prezidenti Roberta Metsola, Polşanın milli müdafiə naziri Mariuş Blaşak, Latviyanın xarici işlər naziri Edqars Rinkevits də 1-ci dərəcəli “Xidmətlərinə görə” ordeni ilə təltif ediliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR